"YAŞAT" Fondu tərəfindən bu il də ilk dəfə tələbə adını qazanan şəxslərə 2000 AZN pul mükafatı veriləcək.

"Unikal" xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2023-2024-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş  ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri ilə görüşüb.

Görüş iştirakçılarına Fond tərəfindən təsis olunmuş 2000 AZN birdəfəlik pul mükafatının sertifikatları təqdim olunub.  

İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.