Azərbaycan Ordusunun çətin relyefli dağlıq ərazidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan hərbi qulluqçusu Nihad Namazov Tovuz rayonunun Qovlar şəhər qəbristanlığında dəfn olunub.

"Unikal" xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, hərbçilər, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

12:02

Hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun əsgəri ilə Tovuzda vida mərisimi keçirilir.

"Unikal"ın məlumatına görə, çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan Azərbaycan Ordusunun əsgəri  2005-ci il təvəllüdlü Nihad Namazovun nəşi doğulduğu Qovlar şəhərinə gətirilib. Hazırda onunla yaşadığı evdə vida mərasimi keçirilir. Mərasimdə hərbçilər, Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Vida mərasimindən sonra mərhumun Qovlar şəhər qəbirstanlığında dəfn olunacağı nəzərdə tutulur.

Qeyd edək ki, Nihad Namazov 3 aya yaxındır ki, Azərbaycan Ordusunda xidmət edirmiş. Onlar ailədə 6 uşaq olublar.