2019-cu ildən indiyədək bağlanmış əmək müqavilələrinin sayı açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

"2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 350.888, qeyri-neft sektorunun özəl bölməsində isə 331.018 artıb.

Bu müddət ərzində qeyri-neft sektorunun özəl bölməsinin ümumi əmək müqavilələrində payı 38,5%-dən 49,7%-ə çatıb.