Sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbçi Əliyev Taleh Saleh oğlu doğulduğu Zərdab rayonunda dəfn edilib.

"Unikal" xəbər verir ki, vida mərasimində hərbçinin ailə üzvləri, Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Əliyev Taleh Saleh oğlunun nəşi Dövlət Himninin sədaları altında Zərdab rayonu Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə hərbçinin tabutuna sarılmış üçrəngli bayrağı onun atasına təqdim edib.

Qeyd edək ki, müddətdən artıq hərbi xidmət qulluqçusu Taleh Əliyev evli idi, iki qız övladı var.