Naxçıvan şəhərinin Babək məhəlləsində magistral su xəttində qəza baş verib.

"Unikal" xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır. Qəza nəticədə Babək, 6-cı məhəllə, Hacıniyyət kəndləri ərazisində suyun verilişi dayandırılıb.

Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar. Haliyədə təmir işləri davam etdirilir və saat 16:00-dan sonra bu əraziyə suyun verilişi tam bərpa ediləcək.