Sentyabrın 14-də Dövlət Gömrük Komitəsində 2-ci daxili müsabiqənin qalibləri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, daxili müsabiqə gömrük orqanlarında karyera inkişafı və vəzifə dəyişikliyində şəffaflığın təmin olunması, vəzifə yüksəlişində standartların və dəyərlər sisteminin formalaşdırılması, gömrük sistemində çalışan müvafiq səriştələrə malik kadrların müəyyənləşdirilməsi, vakant vəzifələr üzrə kadr ehtiyaclarının ödənilməsi məqsədilə keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən müsabiqə qaliblərinə qazandıqları uğurlara, göstərdikləri bilik və bacarıqlara görə təşəkkür edilib, onlara karyera yüksəlişi imkanları əldə etdikləri bildirilib.

Xatırladaq ki, 2-ci daxili müsabiqənin “Qrup çalışmaları və təqdimat” mərhələsində iştirak edən 103 namizəddən ən yüksək nəticə göstərən 39 iştirakçı qalib olub.