"Barselona"nın sabiq hücumçusu Boyan Krkiçə klubda vəzifə verilib.
"Unikal" xəbər verir ki, 33 yaşlı keçmiş hücumçu klubun strukturunda futbol koordinatoru olub.
Bildirilir ki, Boyanın əsas vəzifəsi gənclərin futbol şöbəsinin müdiri Alesanko ilə birlikdə klubun akademiyasında gənclərə nəzarət etmək olacaq.
Xatırladaq ki, Krkiç bundan əvvəl Yohan Kroyff İnstitutunda idman menecmenti üzrə magistr dərəcəsi alıb. Bundan sonra "Barselona"nın prezidenti Joan Laporta 3 qitədə və 7 ölkədə oynamış Boyanın zəngin həyat təcrübəsinin kluba faydalı ola biləcəyi qənaətinə gəlib.