Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsinə təyin edilən Rüfət Əzizov sentyabrın 14-də müəssisə kollektivinə təqdim olunub.

"Unikal" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov 85 ixtisas üzrə ali təhsilin iki pilləsində kadr hazırlayan ali təhsil müəssisəsinin qarşısında dayanan aktual vəzifələrdən danışıb. Firudin Qurbanov yeni təyin olunan rektor Rüfət Əzizovun və universitet kollektivinin bu vəzifələrin öhdəsindən gələcəyinə inandığını bildirib.