44 günlük Vətən müharibəsində şəhid olan Çingiz və Cavid qardaşlarının Hüseyn və Zəhra adında əkiz bacı-qardaşı doğulub. 

"Unikal" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkədə yazıb.

Şəhidlərimizin anası Faya xanımın və körpələrin vəziyyəti yaxşıdır. 

Qeyd edək ki, Şəmkir rayonunun Yeniabad kəndindən olan Məmmədov qardaşları eyni peşəni seçərək hərbçi olublar. Aralarında iki yaş fərq olan Cavid və Çingiz gizir rütbəsini daşıyıblar. Kəlbəcər, Tərtər-Talış istiqamətində gedən qızğın döyüşlərdə iştirak ediblər. 28 yaşlı Çingiz böyük qardaşının şəhid xəbərini eşidir, dəfndə iştirak etmək üçün ona icazə verilsə də, yoldaşlarından ayrılmayaraq döyüşə davam edir. Bir neçə gün sonra isə özü qəhrəmancasına şəhid olur. Cavid “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, Çingiz isə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunublar.