UEFA Ermənistan Futbol Federasiyası və yığmanın baş məşqçisi Aleksandr Petrakova intizam işi açıb.
"Unikal" xəbər verir ki, buna AVRO-2024-ün seçmə mərhələsində İrəvanda Xorvatiya millisinə qarşı keçirilmiş oyunda baş verən hadisələr səbəb olub.
UEFA görüş vaxtı siyasi və təxribat xarakterli mesajların verilməsi, stadionda ictimai keçidlərin bağlanması, azarkeşlərin tribunalarda priotexniki vasitələrdən istifadə etmələri ilə bağlı araşdırmalara başlayıb.
Aleksandr Petrakov isə oyunun startını ləngitməkdə ittiham olunur.
Qeyd edək ki, Ermənistan - Xorvatiya matçının (0:1) 35-ci dəqiqəsində dron vasitəsilə qondarma rejimin "bayrağı"ı stadionun oyun keçirilən ərazisində nümayiş etdirilib.