Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

"Unikal" xəbər verir ki, açılış oyununda lider “Zirə” dördüncü pillədə qərarlaşan “Sumqayıt” komandasını qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matçı Kamranbəy Rəhimov idarə edəcək.

Qeyd edək ki, VI turun “Kəpəz” – “Səbail” və “Araz-Naxçıvan” – “Neftçi” oyunları sentyabrın 16-da, “Turan-Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” matçları isə sentyabrın 17-də keçiriləcək.