İsmayıllıda kafedə yanğın baş verib.

"Unikal" xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun kənarında yerləşən kafedə qeydə alınıb.

Yanğın yerinə yanğınsöndürən texnikalar cəlb olunub. Yanğın zamanı Vahabov İlyas Cəlal oğluna məxsus ümumi sahəsi 225 kv/m olan kafenin 75 kv/m hissəsinin yanar konstruksiyaları yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.  

Seymur Əli