Ötən gün Abşeron rayonu Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, yüksək sürətlə hərəkətdə olan 90-SF-488 dövlət qeydiyyat nişanlı "Land Rover Discovery" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb.

Avtomobil yolun kənarındakı ət mağazasına girib. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Mağazanın girişi isə tamamilə dağılıb.

Ətrafdakı insanların köməyi ilə avtomobil mağazadan çıxarılıb.

Murad İbrahimli