ABŞ-də yaşayan 40 yaşlı Laura Barajasın halı ölümcül bakteriya daşıyan tilapiya balığını yedikdən sonra pisləşib. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, aylarla reanimasiyada müalicə olunan qadının hər iki qolu və iki ayağı amputasiya edilib.

Barajas yerli bazardan aldığı balığı yedikdən sonra qolları və ayaqları qaralmağa başlayıb. Böyrəklərində də problem yaranan Laura süni nəfəs aparatına qoşulub. 

Məlum olub ki, balıq “Vibrio Vulnificus” bakteriyasının daşıyıcısı olub. Bu virus immun sistemi zəif olanlarda təsirini sürətlə göstərir. Hər il 150-200 nəfər bu virusa yoluxur və onlardan beşdə biri ölür. 

Nuranə Abbasova