Sentyabrın 19-da saat 01 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in üç əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Xəsarət alan əməkdaşlarımız xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır", - deyə qeyd olunub.