Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın PBS kanalına müsahibə verib.  

"Unikal" xəbər verir ki, müsahibədə Ərdoğana Rusiya lideri Putinə güvənib-güvənmədiyini soruşulub. 

Türkiyə lideri bu sualı belə cavablandırıb: "Putinə güvənməməyim üçün heç bir səbəb yoxdur. Rusiya Qərb qədər etibarlıdır. Bizi 50 ildir qapısında gözlətdirən Aİ-dir". 

Gülayə Mecid