Qarabağda antiterror əməliyyatının başlaması ilə paralel İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyaları başlayıb.

"Unikal" xəbər verir ki, hökumət binasının qarşısında toplaşan etirazçılar onun istefasını tələb edirlər. 

"Sputnik Ermənistan" qeyd edir ki, mitinq iştirakçıları Paşinyanı həmçinin vətənə xəyanətdə ittiham edir. Onlar paytaxtın Respublika meydanına bütün girişləri bağlayıb, orada nəqliyyatın hərəkəti dayandırılıb.

Ağarza Elçinoğlu