"Ukrayna böhranının həlli Moskvanın mövqeyindən asılıdır".

"Unikal" xəbər verir ki,  ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Rusiya hərbi əməliyyatları dərhal dayandırmağa qadirdir, lakin ona Kiyevin təslim olması lazımdır.

Ağ Evin rəhbəri bildirib ki , Rusiya müharibəni dərhal dayandırmaq gücünə malik olan yeganə ölkədir və sülhə gedən yolu bağlayan yeganə ölkədir, çünki Rusiya üçün sülhün qiyməti Ukraynanın kapitulyasiyasıdır.

O, ABŞ-ın “ədalətli və davamlı sülhü” təmin etmək üçün böhranın diplomatik yolla həlli məsələsində Ukraynanı dəstəkləməyə hazır olduğunu vurğulayıb.