BMT Baş Assambleyasında bomba həyəcanı yaşanıb.

"Unikal" xəbər verir ki, BMT Baş Assambleyasının 78-ci iclasının keçirildiyi binanın yaxınlığında bomba axtarışı aparılıb.

Axtarışlar Ukrayna prezidenti Volodimer Zelenskinin BMT Baş Assambleyasında çıxışı zamanı baş verib.

CNN Türkün Vaşinqton təmsilçisi Yunus Paksoy səlahiyyətlilərin onlara verdiyi məlumatda bu fəaliyyətin “müntəzəm axtarışlar və tədbirlər çərçivəsində” həyata keçirildiyini bildirib.

Bomba mütəxəssisi itlərlə aparılan axtarışlar zamanı Baş Assambleyanın keçirildiyi binanın ətrafındakı bütün vasitələrdə, o cümlədən mətbuat mənsublarının canlı yayım maşınlarında axtarış aparıb.