Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin və Paşinyan Qarabağ ətrafındakı vəziyyətlə bağlı son hadisələri müzakirə ediblər.

Rusiya prezidenti münaqişənin kəskin mərhələsinin aradan qaldırılmasına nail oldunduğunu məmnunluqla qeyd edib. 

Telefon danışığı zamanı Rusiya sülhməramlılarının Dağlıq Qarabağda gələcək fəaliyyətini müzakirə ediblər.

“Çətin şəraitə baxmayaraq, sülhməramlılar qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməkdə, mülki əhaliyə və qaçqınlara, o cümlədən hərbi həkimlər tərəfindən hərtərəfli yardım göstərməkdə davam edirlər”.

Putin Rusiya sülhməramlılarının fəal iştirakı ilə hərbi əməliyyatların tam dayandırılması və sentyabrın 21-də Bakı və Xankəndi nümayəndələri arasında danışıqların aparılması haqqında əldə olunan razılaşmanı alqışlayıb. Danışıqların Rusiya sülhməramlı kontingentinin rəhbərliyinin vasitəçiliyi ilə baş tutacağını bildirib.

21:03

Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin telefonla Qarabağ və Ermənistan-Rusiya münasibətlərini müzakirə ediblər.

"Unikal" xəbər verir ki, Qarabağdakı vəziyyət müzakirə olunub. Həmsöhbətlər Ermənistan-Rusiya gündəmində olan məsələlərdən də danışıblar.