"Qərb BMT Nizamnaməsi prinsiplərinə yalnız öz eqoist geosiyasi ehtiyaclarına uyğun olaraq üz tutur və qlobal münaqişə riskləri artır".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.

"Bu gün Qərb yalnız öz eqoist geosiyasi ehtiyaclarına uyğun olaraq, hər bir halda seçmə qaydada qanuni norma və prinsiplərə müraciət edir. Bu, istər-istəməz qlobal sabitliyin pozulmasına, mövcud vəziyyətin kəskinləşməsinə və yeni gərginlik mənbələrinin alovlanmasına gətirib çıxarır. Qlobal konflikt də artır”, - deyə Rusiya Federasiyasının diplomatik idarələrinin rəhbəri bildirib.