"Kənardan futbolçuma müdaxilə oldu. Həmin şəxsə qarşı emosiyalarımı saxlaya bilmədim".
"Unikal" xəbər verir ki, bunların "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VII tur oyununda texniki zonadan uzaqlaşdırılması ilə bağlı danışarkən deyib.
51 yaşlı mütəxəssis görüşdən sonra hakimlə söhbətinin pis alınmadığını bildirib.
Qurbanov müdafiəçi Kevin Medinanın qırmızı vərəqə almasına da toxunub: "Deyiləsi bir söz yoxdur. Mənim gördüyüm odur ki, birinci rəqib tərəfdən zərbə gəldi, sonra Medina özünü saxlaya bilmədi və qarşılıq verdi. Bütün oyunçular bu cür davranışlara görə cəza alırlar. Onları da başa düşmək lazımdır. Futbolçuların da xarakteri var. Amma belə qırmızı vərəqəyə görə cəza alırlar".