Avropa şirkətləri müəyyən edilmiş qiymət limitinə baxmayaraq, hələ də Rusiya neftini nəql edirlər.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg"  Helsinkidə yerləşən Enerji və Təmiz Hava Araşdırma Mərkəzinin hesabatına istinadən məlumat yayıb. 

"Rusiya tədarükünün qiymətlərinin Qrup Yeddilik tərəfindən müəyyən edilmiş qiymət həddini keçməsinə baxmayaraq, Rusiya öz neftini nəql etmək üçün hələ də Avropa xidmətlərinə güvənir ",- məqalədə deyilir.

Rusiya xam neftinin və yanacağının Avropa ölkələri və qiymət həddi tətbiq edən müttəfiqlərə məxsus şirkətlərin gəmiləri tərəfindən daşındığı bildirilir.

"Bu, Moskvanın hələ də Avropanın nəqliyyat sektorundan fəal şəkildə istifadə etdiyini göstərir", - "Bloomberg" vurğulayıb. 

Gülayə Mecid