Bakıda polis əməkdaşı yol qəzasında həlak olub.

"Unikal" APA-ya istinadən xəbər verir ki, sentyabrın 26-da saat 22:30 radələrində Qala-Mərdəkan yolunda “Mercedes” markalı avtomobillə xidmətdə olan polis nəfəri, 1983-cü təvəllüdlü Məlikov Eyvaz İslam oğlu yol-nəqliyyat hadisəsi keçirib.

O, hadisə nəticəsində həyatını itirib.

Qeyd edək ki, bu gün Gədəbəydə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşı - 1996-cı təvəllüdlü Orucov Cahan dünyasını dəyişib.