“Şuşa və digər işğaldan azad olunmuş ərazilərdə binaların bir hissəsi hazırdır”.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşanın icra başçısı Bayram Səfərov deyib.

İcra başçısı bildirib ki, Şuşa icra hakimiyyəti əvvəlki formada fəaliyyətini davam etidirir:

“Əvvəl necə işləyirdiksə, indi də elə davam edirik. Tək Şuşa deyil, Şərqi Zəngəzurda, Ağdamda, Kəlbəcərdə Prezidentin təyin etdiyi nümayəndələr var. Onlar verilmiş tapşırıqları icra edirlər. Biz də əvvəllər olduğu kimi Bakı şəhərindən fəaliyyətimizi davam etdiririk”.