“8 mil” filmindəki obrazı ilə məşhurlaşan reper Neşon Bridlav vəfat edib.
"Unikal"
xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. 46 yaşlı sənətçinin yuxuda olarkən dünyasını dəyişdiyi bildirilir. Onun hansı səbəbdən vəfat etdiyi isə açıqlanmayıb.

Qeyd edək ki, Oks ləqəbi ilə tanınan ifaçı sözügedən filmdə həmkarı Eminemlə birlikdə rol alıb.