Qarabağdan Ermənistana 53 629 nəfər köçüb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan brifinqdə bildirib.
"Qarabağdan Ermənistana 10 985 avtomobil gəlib. Qeydiyyatda olan vətəndaşların sayı 35 491 nəfərdir", - Bağdasaryan bildirib.

Paşinyanın mətbuat katibinin qeyd etdiyi kimi, vətəndaşlar Həkəri çayı üzərindəki körpüdən keçirlər, yoxlamadan keçirlər, bundan sonra onlar Qoris və Vaykda yerləşən mərkəzlərdə qeydiyyata alınırlar.