Qüdsün qərbində avtobusun qəzaya uğraması nəticəsində azı 33 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə "Kan" radiosu məlumat yayıb.

Bildirilir ki, avtobusda olan bütün sərnişinlərə - 8 yaşdan 12 yaşa qədər uşaqlara tibbi yardım göstərilib, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. İki uşağın vəziyyəti ağırdır.

Avtobus Beyt-Şemeş şəhəri yaxınlığında aşıb.

Nuranə Abbasova