Türkiyənin Samsun bölgəsinin Atakum rayonunda azərbaycanlı qadın döş nahiyəsindən güllələnmiş halda tapılıb.

"Unikal" xəbər verir ki, şübhəli polis məmuru həbs edilib.

39 yaşlı Jalə Bağırova polis məmuru Cavit Geçerlə birlikdə olduğu bağ evində sinəsindən silahla vurulmuş vəziyyətdə tapılıb. Şübhəli ölümlə əlaqədar nəzarətə alınan Geçer həbs oluub.

Hadisə ötən gecə Samsunun Atakum mahalının Kocadağ rayonunda baş verib. Samsun İl Polis Şöbəsinin polis məmuru Cavit Geçer Jalə Bağırova ilə getdiyi üzüm bağında spirtli içki qəbul edib. İddiaya görə, Geçer ayaqyolunda  olarkən silah səsi eşidib. Geçer otağa girəndə Bağırovanın döş qəfəsindən güllə yarası aldığını görüb.

Geçerin verdiyi xəbərlə hadisə yerinə gələn sağlamlıq qrupları Bağırovanın öldüyünü müəyyən edib. Bağırovanın Geçerin tapançasından açılan güllədən öldüyü müəyyən edildikdən sonra prokurorun göstərişi ilə polis məmuru nəzarətə götürülüb. Bağırovanın cansız cəsədi müayinə olunmaq üçün morqa aparılıb.

İki uşaq atası Cavit Geçer, bu gün hakim tərəfindən həbs olunub. 

Hadisənin qətl, yoxsa intihar olduğu müayinədən sonra bəlli olacaq.