Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanı İbrahim Yımaklı və onu müşayət edən heyətlə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə su təhlükəsizliyi prioriteti istiqamətində işlər, su qıtlığına qarşı uzun müddətli stratejik həll yolları, sudan səmərəli istifadə istiqamətində maariflənmə, Türkiyə və Azərbaycan arasında effektiv təcrübə mübadiləsi və s. məsələlər müzakirə edilib. 

Gələcəkdə bu istiqamətdə ikitərəfli əlaqələrin  genişləndirilməsinə dair qarşılıqlı razılaşma əldə olunub.