Hindistan Respublikasının ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri cənab Sridharan Madhusudhanan Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
"Unikal" xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov ölkələrimiz arasındakı mövcud əlaqələr müstəvisində təhsil sahəsinin də önəmli yer almasından məmnunluğunu bildirib.
Universitetdə tədris prosesinin təşkili və beynəlxalq əlaqələrin qurulmasından bəhs edən İ.Mədətov turizm təhsili üzrə ikitərəfli əməkdaşlığın əhəmiyyətinə münasibət bildirib. Hindistan Respublikasında turizm ixtisası üzrə tədris aparan ali təhsil müəssisələri və eləcədə beynəlxalq təhsil layihələri çərçivəsində mümkün əməkdaşlıq imkanları, ATMU tələbələrindən ötrü bu əcnəbi ölkənin turizm sənayesi obyektlərində istehsalat təcrübəsinin təşkili məsələsi iştirakçılar tərəfindən müsbət dəyərləndirilib. Təhsil sahəsində səmərəli əlaqələrin inkişafına əminlik ifadə olunub.