Hazırda İran tərəfinin Rusiyaya raket satması ilə bağlı heç bir fakt yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenski NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi brifinqdə qeyd edib: "Bizim müvafiq qurumlardan və tərəfdaşlarımızdan İranın Rusiya Federasiyasına raket satması faktı olmadığına dair məlumatlar var. Tərəfdaşlarımızla təmasda olan xidmətlərimiz bu məsələ ilə məşğul olur".
Ağarza Elçinoğlu