ABŞ-ın Arizona, Yuta, Kaliforniya və Texasda uzunluğu 270 km-dən çox olan nəhəng çatlar yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə “Science Alert” portalı məlumat yayıb .

Arizona Geoloji Xidmətindən olan alim Cozef Kuk yaranan çatların ciddiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, ümumi sahəsi təxminən 300 kilometr olan qırılmalardan söhbət gedir.

Kuk qeyd edib ki, çatlar ciddi təhlükə yaradır, çünki onlar binaların dağılmasına, yollara və körpülərə ziyan vura bilər və diqqətdə saxlanılmalıdır.. Alimin fikrincə, nasazlıqlar əhalinin içməli su ilə təminatında mühüm rol oynayan qrunt sularından geniş istifadə olunduğundan yarana bilər.