ABŞ dövlət katibi Entoni Blinken nazirlikdə keçirilən tədbirdə gitara çalıb, mahnı oxuyub.

"Unikal" xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Xarici İşlər Nazirliyində keçirilən “Qlobal Musiqi Diplomatiyası Təşəbbüsü” proqramında iştirak edib.

Açılış tədbirində nazir Blinken blyuz sənətçisi Muddy Waters-ın “Hoochie Coochie Man” mahnısını gitara müşayiəti ilə ifa edib. Gitarada ifa etdiyi anların videosunu sosial media hesabında paylaşan Blinken, “Musiqi ilə diplomatiyanı birləşdirməyə fürsət verən bu gecəni qaçıra bilmədim.

“Nazirliyin yeni Qlobal Musiqi Diplomatiyası Təşəbbüsünü işə salmaq böyük məmnunluq hissi doğurdu. Qlobal Musiqi Diplomatiyası musiqidən sülh və demokratiyanı təşviq etmək üçün "diplomatik vasitə" kimi istifadə etməyi hədəfləyir". -deyə dövlət katibi paylaşımında bildirib.