Rusiya prezidenti Vladimir Putin Moskvada Liviya Milli Ordusunun (LNA) baş komandanı Xəlifə Haftar ilə təkbətək görüş keçirib.

"Unikal" xəbər verir ki, bunumediaya açıqlamasında dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib .

“Bəli, biz belə bir görüşün faktını təsdiq edirik. Həqiqətən də Haftarla görüş olub”, - Kreml nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, tərəflər beynəlxalq vəziyyəti və Liviyadakı vəziyyəti müzakirə  ediblər .

Bir müddət əvvəl Liviya Milli Ordusu onun baş komandanı Xəlifə Haftarın Putin və Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə görüşdüyünü açıqlamışdı .