Ermənilər Azərbaycanın Livandakı səfirliyinin qarşısında təxribat törədiblər.

"Unikal" TASS-a istinadən xəbər verir ki, təxribat "Daşnaksütyun" partiyası tərəfindən təşkil edilib.

Ermənilər özlərini aqressiv apararaq səfirlik binasına daş atıblar. 

Buna cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib və izdihamı səfirliyin qarşısından uzaqlaşdırıb.

Nuranə Abbasova