"Ankara Türkiyə, Rusiya, Suriya və İranın müdafiə nazirləri arasında danışıqların bərpasına hazırdır".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfi hər zaman dialoqa hazırdır.

O vurğulayıb ki, Suriya tərəfinin tələblərini dərhal qəbul etmək çətindir, çünki onlar “Türkiyənin getməsini” istəyirlər.

Nazirin dediyinə görə, Suriya Ankaranın “sülh və təhlükəsizlik bərqərar etdiyi” ölkənin ayrı-ayrı bölgələri ilə məşğul olmağa vaxt tapa bilmir.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskva və Tehranın Suriya ilə Türkiyə arasında təhlükəsizliyin təminatçısı kimi çıxış etməsini təklif etmişdi .