"Qənirənin itkisi ilə barışmırıq".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, hər kəs möcüzə gözləyirdi:

"Demək olar ki, hamının diqqəti bu məsləyə yönəlib. Hər kəs möcüzə gözləyirdi. Təəssüf ki, möcüzə baş vermədi. Heç kəs Qənirə xanımın itkisini qəbul etmək istəmir. Düşünürəm ki, onun əməlləri və gördüyü işlər külliyyət halında toplanacaq və çap olunacaq. Onun itkisi ilə barışmırıq və qəbul etmirik".

Anar Kəlbiyev