Qənirə xanımla iki həftə öncə AZAL-ın dəvəti ilə görüşdə birgə iştirak etmişdik. Orda çıxış edəndə də gördüm ki, sınıxıb.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qənirə Paşayeva ilə vida mərasiminə qatılan deputat Tahir Kərimli deyib.
O qeyd edib ki, heç kim Qənirə Paşayevanın bizi belə tərk edəcəyinə inanmırdı:
"Bizə çox böyük acı yaşatdı. Dünya durduqca Azərbaycan xalqı onun xatirəsini yaşadacaq. Bu qalstuku da mənə o hədiyyə etmişdi. Ondan mənə xatirə qaldı. Allah məkanını cənnət eləsin".
Anar Kəlbiyev