Sentyabrın 28-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşkilatçılığı ilə idman jurnalistləri üçün növbəti treninqə start verilib.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, 3 gün davam edəcək təlimdə 21 media qurumundan 24 jurnalist, eləcə də ASAPES-in İdman jurnalistikası magistr proqramının tələbələri, Multimedia mərkəzinin əməkdaşları iştirak edirlər.

Sayca 4-cü olan bu dəfəki media təlimi Quba Olimpiya İdman Kompleksində, “High Park Communications” şirkətinin təsisçisi və direktoru və ASAPES-in magistratura təhsil səviyyəsinin tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” magistr proqramına cəlb edilmiş müəllimi, dünyanın tanınmış və ən təcrübəli media təlimçilərindən olan Kolin Qibson aparır.

Qeyd edək ki, seminara sentyabrın 30-da yekun vurulacaq.