Lənkəran rayonunun yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində  Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) ardıcıl və məqsədyönlü tədbirlərini davam etdirir.

"Unikal" xəbər verir ki, cari ildə Tədbirlər Planına uyğun olaraq şəhərin artıq bir neçə küçəsinə asfalt örtüyü döşənib və proses il sonunadək davam etdiriləcək.

Son bir neçə gündə artıq şəhərin 4 küçəsi asfaltlanıb. Belə ki, Kələntərlilər, Mirsalayev, Əliağa Vahid  və Mirzəfətəli Axundov küçələrinə asfalt örtüyü döşənib. Hazırda şəhərin V.Hüseynov və Ş.Məmmədov küçələrinin asfaltlanmasına hazırlıq işləri aparılır, gün ərzində küçələrə yeni asfalt örtüyünün döşənməsinə başlanılacaq. 

Sakinlərimiz yol infrastrukturunun inkişafına və yeni yolların salınmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə edirlər.