Zəngilan şəhərində 1 hektar ərazidə ümumi tikinti sahəsi 3750 m2-dən ibarət 160 yerlik uşaq bağçası inşa ediləcək.

"Unikal" xəbər verir ki, uşaq bağçası iki mərtəbədən ibarət olacaq və 160 uşaq üçün nəzərdə tutulub. Bağçada 8 qrup otağı, 1 camaşırxana, 3 texniki otaq, 6 inzibati otaq, 1 qəbul zonası, 4 tibb otağı, 1 mətbəx, 1 idman zalı, 1 musiqi zalı nəzərdə tutulub.

Sentyabrın 28-də Zəngilan şəhərində təməli qoyulan 160 yerlik uşaq bağçasının həyətində oyun meydançası salınacaq, avtodayanacaq və digər zəruri infrastruktur yaradılacaq.