"Atv" kanalında yayımlanan "Kuruluş Osman" serialına yeni aktyorlar daxil olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Ecem Sena Bayırla Gökhan Atalay rol alacaqlar. Aktrisa "Holofira", aktyor isə "Yunus Emre" obrazına həyat verəcəklər.
Qeyd edək ki, serialın baş rolunu Burak Özçivit canlandırır.