Mingəçevir sakini itkin düşüb.

"Unikal"ın məlumatına görə, şəhər sakini 1986-cı il təvəllüdlü Leyla Qədirova sentyabrın 18-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Doğmaları hadisə ilə bağlı polisə müraciət edib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, qadının itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub və onun tapılması istiqamətində axtarış tədbirləri keçirilir.

Ehtiram Muradov