"Aİ səlahiyyətliləri dünyada məşhur "1984" romanının ruhunda distopiya ( insanların azadlığının məhdudlaşdırılması - red.) yaradır".   

"Unikal" xəbər verir ki,  bu  barədə Macarıstanın baş naziri Viktor Orban "X" sosial şəbəkə hesabında yazıb. 

Orban bunun fonunda Brüsseli kəskin tənqid edib.

"Gözümüzün qabağında Brüssel Orwell dünyası yaradır. Onlar Avropa Sülh Fondu vasitəsilə silah alıb verirlər. Onlar Media Azadlığı Aktı vasitəsilə mediaya nəzarət etmək istəyirlər. Biz kommunistlərlə 1984-cü ildə sona çatmaq üçün mübarizə aparmadıq", - deyə Orban qeyd edib.  

Məlumata görə, Orban bu mesajı İspaniyanın Qranada şəhərində olarkən yayıb. Məhz orada Avropa Siyasi Birliyinin sammiti keçirilir və iclasda 27 dövlətin lideri iştirak edir. 

Avropa Şurasının rəhbəri Çarlz Mişel oktyabrın 6-da keçiriləcək qeyri-rəsmi sammitdə Avropa İttifaqının genişlənməsi, eləcə də bu cür hərəkətlərin nəticələrinin müzakirə olunacağını açıqlayıb.

Gülayə Mecid