Türkiyəli aktyor Çağatay Ulusoyun "Gaddar" serialından alacağı qonorar bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bir bölüm üçün 2 milyon lirə məvacib əldə edəcək.

Beləliklə, Çağatay 1.5 milyon lirə qazanan həmkarı Kıvanç Tatlıtuğu da ötüb.