İsrailin Azərbaycandakı səfirliyi ölkəmizdəki israillilərə müraciət edib.

"Unikal" xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb.

Bildirilib ki, bu həftənin cümə günü, yəni oktyabrın 13-də İsrailə uçuşlar həyata keçiriləcək.

Qeyd olunub ki, vətəndaşlara daha ətraflı məlumat veriləcək. Bundan sonra Azərbaycandakı israillilər "İsrair" saytından bilet sifariş edə biləcəklər.