"TRT1"də yayımlanan "Hayatımın neşesi" ilə bağlı qərar verilib.
"Unikal" xəbər verir ki, ekran işinin 18-ci bölümdə - 7 noyabr tarixində final etməsi qərarı alınıb. Buna səbəb layihənin reytinq toplaya bilməməsi olub.
Qeyd edək ki, serialda Şebnem Bozoklu, Tolqa Tekin, Nisan Dökmeci, Said Ege Yıldırım, Selma Güneri, Metin Coşkun kimi aktyorlar rol alırdı.