Türkiyəli aktrisa Perran Kutman hazırda Türkiyədə mövcud olan film-serial sektorundan narazı olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, aktrisa artıq bu sənətlə məşğul olmaq istəmədiyini bildirib.
"Özümü o qədər yordum ki... Bu qədər əziyyətimə qarşılıq mənə hörmət etməyən sektora mənim də sayğım yoxdur. Ona görə də artıq bu sənətlə məşğul olmaq istəmirəm".
Qeyd edək ki, Perran son olaraq 2014-cü ildə "Ah Neriman" adlı serialda çəkilib.