Musiqiçi Cimi Hendriks "Rolling Stone" tərəfindən tarixin ən yaxşı gitaraçısı seçilib.

"Unikal"  xəbər verir ki, mütəxəssislər mərhum virtuozun tamaşasının parlaq texnikasına və teatrallığına diqqət çəkiblər.

Bundan əlavə, afroamerikalı sənətçinin ABŞ-də irqi ayrı-seçkilik dövründə mədəni bir fenomenə çevrildiyi qeyd olunub.

Gitaraçılar Çak Berri və Cimmi Peyc də "Rolling Stone" nəşrinin ilk üçlüyünə daxil olublar.

Qeyd edək ki, 1970-ci ildə dünyasını dəyişən Cimi Hendriksi 2009-cu ildə "Time" jurnalı da tarixin ən yaxşı gitaraçısı seçmişdi